Xəzər dənizinin İran sahillərində suyunun səviyyəsinin azalması narahatlıq doğurub.
Bizim.Media xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının Dənizin Çirklənməsinin Tədqiqatı və Mübarizə İdarəsinin rəisi Ümid Sədiqi İSNA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, son dövrlərdə Xəzərin sahilləri geri çəkilib və dəniz səviyyəsində 18 metr azalma var. İdarə rəisi iddia edib ki, Yaxın 20 ildə dənizin dörddə biri quruya bilər.
Xəzərin səviyyəsinin dəyişməsini təbii hadisə adlandıran Sədiqi əlavə edib:
“İran çayları Xəzəri yalnız beş faiz su ilə təmin edir, Volqa çayı isə dənizin 85%-ni təşkil edir. Nəticədə bizim Rusiya ilə daha çox qarşılıqlı fəaliyyətdə olmağımız və bunu koordinasiya etməyimiz lazımdır.
Qazaxıstan və Azərbaycanın da Xəzərə tökülən çayları var və biz bu ölkələrlə də işləməliyik. Xəzərin səviyyəsinin enməsi çox vacib və həssas bir məsələdir”.
Bizim.Media
- A-
- A
- A+
Region
17:36 / 27.08.2024
“Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər” - XƏBƏRDARLIQ
Hazırda oxunan: “Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər” - XƏBƏRDARLIQ
Hazırda oxunan: “Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər” - XƏBƏRDARLIQ
Yaxın 20 ildə Xəzərin dörddə biri quruya bilər - İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəisi bildirib ki, Xəzərin səviyyəsində azalma var və həssas bir məsələdir.
208652
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.