Bu gün İran prezidenti Məsud Pezeşkian və başçılıq etdiyi Nazirlər Kabinetinin üzvləri ilk dəfə ölkənin ali lideri Əli Xamenei ilə bir araya gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə İRNA agentliyi yazıb.
Əli Xamenei görüş zamanı yeni nazirlərin parlamentdə təsdiqlənməsi məsələsinə toxunaraq deyib:
“Hökumət başçısı Məsud Pezeşkian nazirlərin seçilməsi üçün çox çalışıb. O, bunun üçün mənimlə də məsləhətləşib. Mən onlardan bəzilərini təsdiqlədim, bəzilərinin isə seçilməsi üçün xüsusi vurğuladım. Bir çoxunu isə tanımırdım, onlar haqda heç bir fikrim yox idi. Allaha şükürlər oslun ki, prezident bütün kabinet üzvlərinin təsdiq olunması üçün parlamenti razı sala bildi və bu, böyük bir uğurdur”.
Bizim.Media
- A-
- A
- A+
Region
15:38 / 27.08.2024
Əli Xamenei: "Pezeşkianın parlamentə təqdim etdiyi nazirlərin bir çoxunu tanımırdım" - VİDEO
Hazırda oxunan: Əli Xamenei: "Pezeşkianın parlamentə təqdim etdiyi nazirlərin bir çoxunu tanımırdım" - VİDEO
Hazırda oxunan: Əli Xamenei: "Pezeşkianın parlamentə təqdim etdiyi nazirlərin bir çoxunu tanımırdım" - VİDEO
İran ali lideri Əli Xamenei Məsud Pezeşkianın rəhbərliyi altında olan Nazirlər Kabinetinin yeni üzvləri ilə görüşdü. Xamenei yeni nazirlərin təsdiqlənməsi məsələsində rəy bildirərkən bəzilərini tanımadığını və Pezeşkianın Məsud Pezeşkian başçılığındakı hökuməti tərif etdi.
208633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.