Ermənistan Qərbin hərbi bazasına ÇEVRİLİR – İrəvan yeni təxirbatlara HAZIRLAŞIR?

Hazırda oxunan: Ermənistan Qərbin hərbi bazasına ÇEVRİLİR – İrəvan yeni təxirbatlara HAZIRLAŞIR?

Rusiya-Ukrayna münaqişəsi fonunda 'ərazi bütövlüyü prinsipini' qətiyyətlə müdafiə edən Qərb, Azərbaycanın ərazilərinin 20 faizini uzun müddət işğalda saxlamış Ermənistana hücum və öldürücü silahlar göndərməkdə davam edir. Görünən odur ki, Qərb Ermənistanın sürətlə silahlandırılmasında maraqlıdır. İrəvan növbəti təxribatlara hazırlaşır mı?
207883

Qərb tərəfindən Ermənistanın hərbiləşdirilməsi prosesi sürətlə davam edir.

Rusiya-Ukrayna münaqişəsi fonunda "ərazi bütövlüyü prinsipini" qətiyyətlə müdafiə edən Qərb, Azərbaycanın ərazilərinin 20 faizini uzun müddət işğalda saxlamış Ermənistana hücum və öldürücü silahlar göndərməkdə davam edir

Görünən odur ki, Qərb Ermənistanın sürətlə silahlandırılmasında maraqlıdır. Hindistan da bu istiqamətdə canfəşanlıq göstərir. Bu sıraya özünü müsəlman ölkəsi adlandıran İranı da aid etmək olar. 

Məlumata görə, Fransanın bu yaxınlarda artilleriya və raketləri İran vasitəsilə Ermənistana çatdırılıb. Son bir neçə həftə ərzində Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistana göndərilib. Hazırda Ermənistana 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi var. 

Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, "ERYX" tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə raket sistemləri verilib. Ermənistan habelə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.

Görünən odur ki, Qərb Ermənistanı aktiv şəkildə silahlandırır. 

İrəvan növbəti təxribatlara hazırlaşır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında VI çağırış Milli Məclisin deputatı Asim Mollazadə bildirib ki, bu kimi addımlarla Ermənistanı təxribata sürükləyirlər:

“İrəvanı silahlandırmaqla xaricdəki erməni diasporu və bölgəmizdə sabitliyin olmasını istəməyən digər qüvvələr Ermənistanı revanşist addımlara təhrik edirlər. Onlar istəyirlər ki, daim Ermənistanda faciələr yaşansın, diaspora da bundan istifadə edərək, vəsait toplayıb Azərbaycan və Türkiyəyə qarşı çıxmaqda davam etsinlər. Təəssüf ki, özünü müsəlman adlandıran bəziləri də Ermənistanı silahlandırmaq yarışında iştirak edirlər”.  

A.Mollazadə onu da qeyd edir ki, İrəvanı nə qədər silahlandırsalar da, anti-Azərbaycan qüvvələri heç nə edə bilməyəcəklər: 

“Onu nə qədər silahlandırsalar da, hər kəsə aydındır ki, Ermənistanın gücü yoxdur. Heç nə alınmayacaq, düşmən heç bir nəticə əldə etməyəcək. Azərbaycan xalqı öz iradəsini ortaya qoyaraq, onların dərsini lazımi səviyyədə verib. Oyun artıq bitdi”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin