Zaxarova: “Azərbaycan-Ermənistan arasında sülh təşəbbüsləri müttəfiqlik münasibətlərinə uyğundur”

Hazırda oxunan: Zaxarova: “Azərbaycan-Ermənistan arasında sülh təşəbbüsləri müttəfiqlik münasibətlərinə uyğundur”

Rusiya XİN rəsmisi Mariya Zaxarova, Azərbaycan və Ermənistan arasında sülh təşəbbüslərinin mütəfiqlik münasibətlərinə uyğun olduğunu vurğulayaraq, tərəfləri təmkinli olmağa çağırıb. Gərginliklərin yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyini vurğulayıb.
207731

“Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhlə bağlı təşəbbüsləri hər iki ölkə arasında xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur. Rusiya hər zaman tərəfləri bir-birinə qarşı münasibətlərdə təmkinli olmağa çağırır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarovadan Ermənistana sərt reaksiya: "Strateji səhvlərinə görə Rusiyanı günahlandırır" - VİDEO


"Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasına gəlincə, biz mütəmadi olaraq İrəvan və Bakını təmkinli olmağa çağırırıq. Bütün mübahisəli məsələlər yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”, - Zaxarova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin