Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya həbsxanadan buraxılıb.
Bizim.Media xəbər verir ki, qərar Baş Prokururluğun vəsatəti əsasında Tbilisi Şəhər Məhkəməsi tərəfindən verilib.
Qeyd edək ki, mayın 8-də Avropa İttifaqı VMHP sədrinin əvəzinə 40 min lari məbləğində girovu ödəyib.
Nika Meliya 2019-cu il iyunun 21-nə keçən gecə Tbilisidə parlamentin binası qarşısında keçirilmiş kütləvi etiraz aksiyası zamanı qrup halında zorakılıq törətməkdə ittiham olunub.
O, girovu ödəməkdən imtina etdiyinə görə fevralın 23-də həbs edilib. Meliyanın həbsi ölkədə siyasi böhranın yaranmasına səbəb idi.
Nika Meliya Mixeil Saakaşvilinin yaratdığı partiyaya rəhbərlik edir. Ümumiyyətlə, Saakaşvilinin Odessa olaylarından sonra Gürcüstana qayıtması Tbilisi hökumətinin qurulmasındakı 2013-cü ildən sonrakı axarı az da olsa silkələyib. Çünki Gürcüstanda Saakaşvilinin yenidən hakimiyyətə gəlməsi aktuallaşıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:22 / 10.05.2021
Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir
Hazırda oxunan: Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir
Hazırda oxunan: Nika Meliya azadlıqda – Gürcüstanda müxaliflər güclənir
20756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.