Ermənistan parlamenti bu gün baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini müzakirə etmək üçün növbəti iclasını keçirəcək.
Bizim.Media “news.am”a istinadla xəbər verir ki, müzakirələr saat 12:00-da başlayacaq.
Əvvəlki iclasda fraksiyalarla razılığa əsasən, parlament Paşinyanı hökumət başçısı vəzifəsinə seçməyib.
Konstitutsiyaya görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməməlidir, bundan sonra parlament buraxılır və erkən seçkilər elan edilir. Bu Ermənistan parlamentinin ikinci cəhdidir.
Əslində bütün bunlar qurulmuş ssenari üzrə gedir. Parlamentdə oturan Paşinyan tərəfdarları ötən səs vermədə tək bir nəfər xaric hamısı onun əleyhinə səs vermişdilər. Əsas məsələ növbəti seçkiləri udmaqdır.
Xatırladaq ki, erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Paşinyan 25 apreldə istefa verib, lakin baş nazir vəzifəsini müvəqqəti icra edir.
Bizim.Media
- A-
- A
- A+
Region
09:55 / 10.05.2021
Bu gün Ermənistanda parlament buraxılacaq – Paşinyanın oyunbazlığı davam edir
Hazırda oxunan: Bu gün Ermənistanda parlament buraxılacaq – Paşinyanın oyunbazlığı davam edir
Hazırda oxunan: Bu gün Ermənistanda parlament buraxılacaq – Paşinyanın oyunbazlığı davam edir
20692
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.