Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistanın Martuni şəhərində əhali qarşısında çıxışı zamanı türklərlə münasibətlərə də toxunub.
Bizim.Media xəbər verir ki, Paşinyan bu çıxışını öz feysbuk hesabında paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan 10 noyabr razılaşmasının şərtlərini pozdu
Baş nazir çıxışında “Türklərlə düşmənçiliyin” idarə olunmasının vacibliyini vurğulayıb.
“Yenə də düşmənçilik haqqında danışmaq istəyirəm. Bu mövzunu süni şəkildə kimin işıqlandırdığını bilmirəm."
“Türklərlə düşmənik ya yox?” Əlbəttə, düşmənik və bu kiminsə bu cür ifadələr səsləndirməsi səbəbindən deyil. Bu düşmənçilik idarəedilən olmalıdır.”-deyə Paşinyan çıxışında bildirib.
“Regional düşmənçiliyin idarəolunmaz hala gəlməsinə icazə verməyəcəyik. Əks halda bu yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün fəlakətlərə səbəb olacaq.”-deyə baş nazir sözlərinə əlavə edib.
Bizim.Media