Paşinyan 10 noyabr razılaşmasının şərtlərini pozdu

Hazırda oxunan: Paşinyan 10 noyabr razılaşmasının şərtlərini pozdu

20619

Ermənistanın baş naziri Nikol Paşinyan yenə sərsəm açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media Erməni KİV-nə istinadən xəbər verir ki, Paşinyan erməni xalqının hər zaman 8 mayda Şuşanın qurtuluş günü kimi qeyd edəcəyini bildirib. O, çıxışında Şuşanı qədim erməni şəhəri adlandırmaqla revanşist qüvvələrə himayədarlıq etdiyini bir daha gözlər önünə sərib. 
 

Sitat: “Bu gün Şuşanın bizdə  olmaması üçün çox təssüflənirəm. Onun əsir düşməsinə çox kədərlənirəm, lakin bundan asılı olmayaraq, biz onun qurtuluş gününü hər zaman qeyd edəcəyik. Bu gün biz qədim Erməni şəhərinin azadlığı uğrunda öz canlarından keçən hər kəsin xatirəsini anırıq”.


Görünür, baş nazir özünü seçkilərdə xal qazanmaq üçün gah nala, gah mıxa vurmaq məcburiyyətində hiss edir. Xatırladaq ki, elə 2 gün bundan əvvəl hakim partiya xalqa Qarabağdan əllərini üzməsi üçün çağırışlar edirdi.

Daha sonra Paşinyan nitqini daha da təsirli etmək üçün “Artsax”ın dirçəlişindən də danışıb:
 

MÖVZU İLƏ BAĞLI:

Üç prezident bir baş nazirə işləyir - Paşinyan böhranı fürsətə çevirə biləcəkmi?


“Ağrımız dərin, yaralarımız sağalmazdır. Ancaq qurtuluş üçün onların fədakarlığının boşuna olmadığını da bilirik. Biz onların xatirəsini əbədi olaraq qorumalı və işlərinə davam etdirməliyik. Bu gün biz “Artsax”ın dirçəlişini təmin edəcək güclü bir dövlət yaratmasaq, ölkəmizin güclənməsi və çiçəklənməsi üçün çalışmasaq onlara qarşı böyük xəyanət olar”.

Sonda baş nazir Şuşanı işğal edən erməni separatçılarının və terrorçuların “müqəddəs ruhları” qarşısında baş əyərək, onlara “əməllərinə” görə sonsuz təşəkkürünü də bildirib.

Deyəsən, Paşinyan Şuşada sərxoş olub, yallı getdiyi günlərinin həsrətini hələ uzun zaman çəkəcək.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin