“Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır” - Kobaxidze

Hazırda oxunan: “Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır” - Kobaxidze

206027

Gürcüstan ABŞ-la münasibətləri bərpa etməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə ABŞ senatoru Jeanne Shaheen və konqresmen Mayk Turnerlə görüşündə bildirib.
 

“Mən bir daha Gürcüstanın ikitərəfli əlaqələri gücləndirmək, regionda və onun hüdudlarından kənarda daha çox inkişaf, firavanlıq, sülh və təhlükəsizliyi təşviq etmək üçün əlaqələrimizi və əməkdaşlığımızı yeniləməyə və bərpa etməyə hazır olduğunu bildirdim”, - deyə Kobaxidze X sosial şəbəkəsində yazıb.


Qeyd edək ki, bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Amerika lideri Co Baydenin xarici agentlər haqqında qanunu qəbul edən Gürcüstan hökumətinin “antidemokratik hərəkətlərindən” məyus olduğunu bildirib. Məktubunda Bayden qanunu “Kreml” adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin