Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdi. Həmin vaxt şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü. Əsir və girov götürülən 58 azərbaycanlının taleyi barədə bu günə qədər heç bir məlumat yoxdur.
Nəhayət, 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhəri işğaldan azad edildi.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər kütləvi şəkildə ölkədən qaçır – SƏBƏB NƏDİR?
Şuşa işğalda olduğu vaxtlarda isə Ermənistanın siyasi və hərbi rəhbərliyi 8 mayı “qələbə” günü kimi qeyd etmək üçün qədim Azərbaycan torpağına gəlir, şənliklər düzəldir, yeyib-içir, bir-birinin şəninə sağlıqlar deyirdilər.
Azərbaycan lideri İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz düşmənin həmin arzularını artıq gorbağora göndərib.
Ermənilər yenə də öz xəbisliklərindən əl çəkməyərək Şuşamızı öz şəhərləri kimi qələmə verir və internet resurslarında o yerlərdən hazırlanan köhnə videoları tirajlayırlar.
Bu gün Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisi məlumat yayaraq bildirib ki, 1992-ci il may ayının 8-də həyata keçirilən "Dağlarda toy" əməliyyatı məhz Serj Sarkisyan tərəfindən təsdiqlənib.
Yazırlar ki, Şuşa qalasının “azad edilməsi” Qarabağın “azadlıq müharibəsi”ndə dönüş nöqtəsi oldu və son dərəcə əhəmiyyətli hərbi-siyasi və parlaq bir hadisə kimi qəbul edildi.
İnanırıq ki, yaxın gələcəkdə ermənilər təkcə Şuşa şəhəri haqda deyil, qədim yaşayış məskənlərimiz olan Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə və Xocalı haqda da keçmiş zamanda danışacaqlar və video paylaşaraq özlərinə təsəlli verəcəklər.
Bizim.Media