"Qaregin Njdenin faşist cəlladı olduğu və nasist Almaniyası ilə birbaşa əməkdaşlıq etdiyinə dair dəlil varsa, təbii ki, ona abidə qoyulmamalıdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokratik fraksiyasının lideri Vladimir Jirinovski Azərbaycanın Xocavənd şəhərinin rus sülhməramlıları tərəfindən idarə olunan hissəsində faşist Qaregin Njdeyə abidə qoyulmasına münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Rüstəm Muradov Njdenin abidəsini sökdürür - SON DƏQİQƏ!
O, qeyd edib ki, Njde kimi faşist abidələrini Rusiyanın açığına ucaldırlar:
“Təəssüf ki, belə abidələr qoyulur. Moskvada da belə abidələr var. Faşistlərlə, cəlladlarla, terrorçularla işbirliyi quranlara abidə ucaltmaq qəbuledilməzdir. Njde "Erməni Vlasov"udursa, deməli biz buna qarşıyıq. Nasistlərlə əməkdaşlıq edənlərə qarşı yalnız mənfi münasibət olmalıdır”.
Bizim.Media