Aİ də Gürcüstana yardımları DAYANDIRACAQ

Hazırda oxunan: Aİ də Gürcüstana yardımları DAYANDIRACAQ

204705

“Avropa İttifaqı “Xarici təsirin şəffaflığı haqqında” qanununu tətbiq etdikdən sonra Gürcüstan hökumətinə bütün maliyyə yardımlarını dayandırmaq imkanını nəzərdən keçirir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Aİ-nin xarici siyasət məsələləri üzrə sözçüsü Piter Stano “Europa Press”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ Gürcüstandakı hazırki vəziyyətindən ciddi şəkildə narahatdır:

“Bu qanunun qüvvəyə minməsi Gürcüstanın Avropaya inteqrasiyası yolunda geri addımdır”.
 

Stano xatırladıb ki, Aİ daha əvvəl Gürcüstana ölkənin müdafiəsini gücləndirmək üçün istifadə edilməsi planlaşdırılan 30 milyon avroluq yardımı da dondurub. Qeyd edək ki, Gürcüstanda “Xarici agentlər haqqında” qanun avqustun 1-dən qüvvəyə minib.


Xatırladaq ki, daha əvvəl ABŞ da Gürcüstan hökumətinə yardımları dondurub. Belə ki, ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin