ABŞ-dən Gürcüstan hökumətinə dayandırılmış maliyyə yardımı bu ölkənin QHT-ləri və mediasına dəstək üçün ayrılacaq.
Bizim.Media Xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel bildirib.
"Biz demokratiyanı, qanunun aliliyini, müstəqil medianı və iqtisadi inkişafı gücləndirməklə gürcü xalqının xeyrinə olan proqram və fəaliyyətləri dəstəkləməyə davam edəcəyik. Bəzi hallarda yardım proqramları resursların müəyyən sektorda çalışan QHT-lərə yönləndirilməsi üçün dəyişdirilə bilər”, - deyə o bildirib.
Patel, həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırıb.
Qeyd edək ki, Avropa Birliyi də əvvəllər bəyan etmişdi ki, onlar hökumətə yardımı azaldacaq, vətəndaş sektoru və mediaya isə dəstəyi artıracaqlar.
Bizim.Media
- A-
- A
- A+
Region
10:24 / 01.08.2024
ABŞ Gürcüstandan kəsdiyi maliyyə dəstəyini QHT-lərə ayıracaq
Hazırda oxunan: ABŞ Gürcüstandan kəsdiyi maliyyə dəstəyini QHT-lərə ayıracaq
Hazırda oxunan: ABŞ Gürcüstandan kəsdiyi maliyyə dəstəyini QHT-lərə ayıracaq
ABŞ, Gürcüstandan kəsdiyi maliyyə dəstəyini QHT-lərlə və mediası ilə paylaşacaq. ABŞ Dövlət Departamentinin açıqlamasına əsasən, yardım proqramları demokratiya, qanunun aliliyi və müstəqil medianın gücləndirilməsini dəstəkləyəcəkdir. Vedant Patel isə Gürcüstan hökumətini demokratik yola qayıtmağa çağırıb. Avropa Birliyi də vətəndaş sektoruna və medyaya dəstəyi artıracağını bildirmişdir.
204552
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.