Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB?

Hazırda oxunan: Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB?

Londondakı danışıqların detalları ÜZƏ ÇIXDI – Mişel Bakı və İrəvandan nəyi İSTƏYİB? Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istəyir. Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin Böyük Britaniyadakı Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib. Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək sülh sazişini yekunlaşdırmağa çağırıb. Lakin çoxdan gözlənilən razılaşma baş tutmur və bu, Brüsseldə məyusluq yaradır.
204417

Avropa Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş səyləri yeniləmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşrlə danışan iki yüksək səviyyəli diplomat Mişelin bu ayın ortalarında Böyük Britaniyada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirdiyini təsdiqləyib.

Bu görüşlər barədə əvvəllər məlumat verilməyib.

Mişel həmçinin hər iki tərəfə məktub yazaraq, onları danışıqlar masasına qayıtmağa və sərhədlərin delimitasiyası kimi məsələlərdə irəliləyiş əldə edərək sülh sazişini yekunlaşdırmağa çağırıb.

Lakin çoxdan gözlənilən razılaşma baş tutmur və bu, Brüsseldə məyusluq yaradır.

Qeyd edək ki, iyulun 18-də İngiltərənin Oksfordşir bölgəsindəki Blenhaym sarayında Avropa Siyasi Birliyinin 4-cü sammiti keçirilib. Sözügedən sammitdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak ediblər. Azərbaycan və Ermənistan liderlərinin sammit çərçivəsində görüşü gözlənilsə də, Paşinyan dialoqda iştirakdan boyun qaçırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin