Fransa Ermənistanı müharibəyə sövq edir – Amerikalı professor Parisin planını İFŞA ETDİ – ÖZƏL

Hazırda oxunan: Fransa Ermənistanı müharibəyə sövq edir – Amerikalı professor Parisin planını İFŞA ETDİ – ÖZƏL

Fransa Ermənistanı müharibəyə sövq edir – Amerikalı professor Parisin planını İFŞA ETDİ – ÖZƏL “Fransa erməni diasporunun tələblərinə uyğun davranır. Ermənistanı da buna görə silahlandırır...
204404

“Fransa erməni diasporunun tələblərinə uyğun davranır. Ermənistanı da buna görə silahlandırır. Fransa Cənubi Qafqazda baş verəcək müharibənin nəticələri ilə üzləşmək məcburiyyətində deyil, bu səbəbdən təxribatçı ritorikasına davam edir. Bir sözlə, Qarabağla bağlı xoşagəlməz tələblər irəli sürmək və Ermənistanı növbəti müharibə üçün silahlandırmaq Fransa üçün çətin deyil”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Amerika Birləşmiş Ştatlarının Tennessi Texnoloji Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Maykl Gunter deyib.

Fransanın Ermənistana silah ixracını dəyərləndirən professor, Parisin əsas məqsədinin varlı erməni lobbisi ilə münasibətləri yaxşılaşdırmaq olduğunu bildirib:

“Əgər erməni lobbisi Qafqazda münaqişəni alovlandırmaq cəhdələrini dayandırsa, bu bütün region üçün yaxşı olardı. Digər tərəfdən, Azərbaycan da erməni diasporunun addımlarını yaxşı dərk edir. Düşünürəm ki, Ermənistan cəmiyyəti də erməni diasporunun məqsədlərindən əziyyət çəkdiyini anlamalıdır”.

“Paşinyanın hakimiyyət qalması belə möcüzədir”

Paşinyanın siyasətindən söz açan professor qeyd edib ki, erməni baş nazir bəzən nə etmək istədiyini özü də bilmir:

“Açığı, Ermənistanın 2020-ci il müharibəsindəki böyük məğlubiyyətindən sonra Nikol Paşinyanın Ermənistanın baş naziri postunda qala bilməsinə heyrətlənirəm. Adətən belə sarsıdıcı məğlubiyyətdən sonra uduzan lider hakimiyyətdən qovulur. Xüsusilə, 2020-ci ildəki müharibədən əvvəl səmimi danışıqları rədd edən Paşinyan hətta “qondarma “Artsax” Ermənistandır və nöqtə” deməyə başlamışdı. Həmin dövrdə Paşinyanın müdafiə naziri Davit Tonoyan hərbi forma geyinərkən ABŞ-dakı erməni diasporuna demişdi ki, əgər Azərbaycan itirilmiş ərazilərini güc yolu ilə geri qaytarmağa cəhd etsə, onun dövlət olaraq mövcudluğunu qoruması mümkün deyil.

Digər ermənilər hətta erməni əsgərlərinin “Bakıda çay içməsindən” danışmağa başlamışdılar. Paşinyan daha da irəli gedərək Sevr müqaviləsindən sitatlar gətirir, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış edirdi. Bu vəziyyət Paşinyanın məntiqli mühakimə yürüdə bilməsini şübhə altına alırdı”.

“Nikolun Azərbaycanın dəstəyinə ehtiyacı var”

Paşinyanın Azərbaycanın dəstəyinə ehtiyacı olduğuna diqqət çəkən Maykl Gunter, Azərbaycanın da Ermənistanın hazırki siyasətindən məharətlə istifadə etdiyini sözlərinə əlavə edib:

“Əvvəlki səhvlərinə və müharibədən sonra Paşinyan bütün təzyiqlərə baxmayaraq sülhə gedən yolda lazım olan addımları atmaq cəsarətini göstərdi. Paşinyanın bir çox mübahisəli məsələlərlə bağlı Azərbaycanla danışıqlara hazır olduğunu nəzərə alaraq, düşünürəm ki, Azərbaycan da ona şans verməlidir.

Çünki sülh üçün mükafatlar sülhü təşviq edəcək. Həm də indi Paşinyan müharibədən əvvəlki dövrlə müqayisədə ağıllıdır. Ümumilikdə isə Azərbaycan daha güclü mövqeyə malikdir və istənilən təşəbbüslə çıxış etməyə qadirdir. Nə qədər ironik görünsə də, Paşinyanın Azərbaycanın dəstəyinə ehtiyacı var”, - deyə M.Gunter əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin