Erməni politoloqdan ETİRAF – “Biz suveren ölkə deyilik”

Hazırda oxunan: Erməni politoloqdan ETİRAF – “Biz suveren ölkə deyilik”

Erməni politoloq Karen İgityan, Ermənistanın suverenliyinin aslında Rusiyaya qarşı çıxmasından ibarət olmadığını, reallıqda suveren qərarlar qəbul etmədiyini və hakim elitanın təsəvvüründən asılı olduğunu söyləyib. İgityanın qeydində Ermənistan hökumətinin amerikalı tərəfdaşları ilə məsləhətləşməyə ehtiyacı olduğu vurğulanıb.

204068

“Hazırkı hakim elitanın anlayışına görə Ermənistanın suverenliyi Rusiyaya qarşı çıxmasından asılıdır. Reallıqda isə Ermənistan suveren qərarlar qəbul etmir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri erməni mətbuatına açıqlamasında qafqaz üzrə ekspert Karen İgityan bildirib.

Ekspert qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyi “3+3” görüşündə iştirakla bağlı suala dəqiq cavab verə bilməz, çünki bu barədə qərar İrəvanda verilmir. 

Onun sözlərinə görə, indiki reallıqlara əsasən, Ermənistan hökuməti qərar qəbul etmək üçün ilk növbədə amerikalı tərəfdaşları ilə məsləhətləşməyə məcburdur: 
 

“İclasda iştirak baxımından Ermənistan hökuməti kənardan aldığı siqnallara əsasən hərəkət edəcək. Bu, indiki hökumətin təbliğ etdiyi “suverenlik” yoludur. Sadə dillə desək, indiki hakim elitanın təsəvvüründə suverenlik ölkənin Rusiyaya qarşı çıxmasıdır. Moskvaya qarşı çıxırsansa, müstəqilsən. Amma hər addımın Vaşinqton, London və Brüsseldən diktə edilməsi, onların fikrincə, suverenliyə mane olmur”, - İgityan bildirib.


Onun sözlərinə görə, bu gün Ermənistan bütün məsələlərdə özünün deyil, kənar oyunçuların gündəliyinə uyğun hərəkət edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin