Rusiya Ermənistanın “qulağını burdu”: Qərbin reaksiyası necə olacaq?

Hazırda oxunan: Rusiya Ermənistanın “qulağını burdu”: Qərbin reaksiyası necə olacaq?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamalarına görə, Ermənistanın Ukraynanın taleyini təkrarlaması istənmir. Ermənistan üçün perspektivdə siyasi reallıq necə olacaq? Politoloq Tural İsmayılov mövzu ilə bağlı danışıb və Qərbin reaksiyası haqqında fikirlərini paylaşmışdır.

203541

“Ermənistan suveren dövlətdir, bizim üçün qardaş ölkədir, Ermənistanın siyasi müdrikliyinə ümid edirik”. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Rusiya Ermənistanın Ukraynanın taleyini təkrarlamasını istəmir.

Bəs Ermənistan üçün perspektivdə siyasi reallıq necə olacaq?  
 

MÖVZU İLƏ BAĞLI:

“Qərb Ermənistanı türk-islam birliyinə qarşı hazırlayır” – İLGİNC AÇIQLAMA


Politoloq Tural İsmayılov mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, Ermənistanın ikiüzlü siyasət həyata keçirməsi hər kəsə bəllidir:

“Ermənistan hakimiyyəti Avropa İttifaqının missiyası adı altında Fransanın casus şəbəkəsini öz ölkəsinin ərazisinə buraxsa da, İrəvan hələ də Rusiyanın təsir dairəsindən uzaqlaşmayıb. ABŞ-ın beyin mərkəzləri və siyasi institutlarının hesabatlarında qeyd olunur ki, Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan məharətlə istifadə edir. 

Qərb Ermənistan və Rusiya arasında hər sahədə olan təmasları diqqətlə izləyir. Vaşinqton Ermənistanın Qərbdən idxal etdiyi İKT məhsullarını gizli yollarla Rusiyaya ixrac etməsini xoş qarşılamayacaq. Hesab edirəm ki, Qərb mediasında bu məlumatlar boşuna dövriyyəyə buraxılmayıb”. 

“Paşinyanın komandasında Rusiyaya nifrət edən siyasətçilər var”

Ekspert əlavə edib ki, Qərbin media şəbəkələri və institutları bu məsələni işıqlandırmaqla ABŞ və Avropanın Ermənistan üzərində daima nəzarətinin olduğunu göstərir:

“Ermənistanın siyasi rəhbərliyi Rusiyadan asılı olduğu, Rusiyaya müxtəlif siyasi gedişlər etdiyi halda arxada hələ də Qərb imperializminin, Qərbin müəyyən siyasi insitutlarının və beyin mərkəzlərinin siyasi direktivlərini yerinə yetirməyə cəhd edir. Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, yeni müdafiə naziri Suren Papikyan və bütün Nikol Paşinyan komandasında təmsil olunanlar rusiyafob yönümlü və Rusiyaya nifrət edən siyasətçilərdir. ABŞ isə bu məqamdan maksimum yararlanmağa çalışır”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin