Paşinyan Makronla görüşdü - Ermənistan-Azərbaycan sülh danışıqları müzakirə olundu - FOTO/VİDEO Ermənistanın baş naziri Nikol Paşinyan Londondakı Blenheym sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb. Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı məsələləri müzakirə ediblər. Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edilib. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb. Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Ermənistanın baş naziri Nikol Paşinyan Londondakı Blenheym sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər Ermənistan və Fransa arasında çoxsahəli əməkdaşlıqla bağlı gündəlikdəki məsələləri müzakirə ediblər.
Eyni zamanda, Ermənistanla Azərbaycan arasında sülh prosesindən bəhs edilib. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb. Həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.