Ermənistan Baş Prokurorluğunda insident YAŞANIB

Hazırda oxunan: Ermənistan Baş Prokurorluğunda insident YAŞANIB

202177

Ermənistanın Baş Prokurorluğunun binası qarşısında insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Ev dustağı olan 36 yaşlı Hraç Piroyan prokurorla görüşmək istəyib, lakin buna icazə verilməyib. Nəticədə həmin şəxs qurumun binası qarşısında özünü yandırmağa cəhd edib.

“Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb”, - məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin