Ermənistan Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuru HƏBS EDİLDİ

Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyinin yüksəkvəzifəli məmuru HƏBS EDİLDİ

201906

Ermənistan Müdafiə Nazirliyinin keçmiş yüksəkvəzifəli məmuru həbs edilib.

Bizim.Media “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə cinayət işi üzrə ibtidai istintaqı yekunlaşdıran İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, o, 19 torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi yolu ilə dövlətə 6,2 milyard dram (təxminən 16 milyon dollar) məbləğində ziyan vurmaqda ittiham olunur.

İş materiallarına görə, Müdafiə Nazirliyinin Əsaslı Tikinti və Qoşunların Təsərrüfatı İdarəsinin sabiq rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək göstərilən torpaq sahələrini bazar qiymətindən aşağı qiymətə satıb. 

Ermənistan Cinayət Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsi (çirkli pulların yuyulması) və 375-ci maddəsinin 2-ci hissəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə cinayət işi açılıb.
Hazırda onun əmlakına həbs qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin