Pezeşkian: “İran nüvə silahı hazırlamaq niyyətində deyil”

Hazırda oxunan: Pezeşkian: “İran nüvə silahı hazırlamaq niyyətində deyil”

201830

İran Prezidenti Məsud Pezeşkian ABŞ və müttəfiqlərinin İranın nüvə silahı hazırlamağa çalışdığı ilə bağlı ittihamlarını rədd edib. 

Bizim.Media xəbər verir ki, Pezeşkian bu barədə “Tehran Tayms” qəzetində dərc olunan məqaləsində bildirib. 

“İranın müdafiə doktrinasının nüvə silahını ehtiva etmədiyini vurğulamaq istəyirəm. Eyni zamanda, ABŞ-ı keçmiş uğursuzluqlarından dərs almağa və siyasətlərini buna uyğun olaraq tənzimləməyə çağırıram”, - deyə məqalədə vurğulanır. 

O, məhz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını və İslam respublikasının iqtisadiyyatına yüz milyardlarla dollar zərər vuran birtərəfli sanksiyalar tətbiq etdiyini xatırladıb. 

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı, general Qasım Süleymaninin ABŞ tərəfindən təşkil edilən sui-qəsd nəticəsində öldürülməsinə diqqət çəkən Məsud Pezeşkian Vaşinqtonu dövlət terrorizmində ittiham edib. 

Onun sözlərinə görə, Birləşmiş Ştatlar reallıqla barışmalı və İranın təzyiqlərə reaksiya verməyəcəyini birdəfəlik başa düşməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin