Qazaxla sərhəddə kabellər zədələndi - Ermənistan internetsiz qaldı

Hazırda oxunan: Qazaxla sərhəddə kabellər zədələndi - Ermənistan internetsiz qaldı

201414

"Ermənistanda beynəlxalq internet əlaqə kanalları zədələnib, nəticədə bütün ölkə üzrə sabit və mobil internet xidmətlərinə giriş məhdudlaşdırılıb".

Bizim.Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə respublikanın "Team Telecom" şirkəti xəbər verib.

Bildirilib ki, internetdəki fasilələr Tavuş vilayətində yol tikintisi ilə əlaqədardır.

"Yol işləri zamanı kabellər zədələnib. Hazırda mütəxəssislər ərazidə işləyirlər. Onlar problemi mümkün qədər tez həll etməyə çalışırlar", - deyə şirkətin nümayəndəsi bildirib.
Xatırladaq ki, tikinti işləri ilə əlaqədar bu gündən etibarən Kirants (Güney) kəndi ərazisindən keçən hissəsi - Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin