Nikol Paşinyan arvadının intiqamını alır

Hazırda oxunan: Nikol Paşinyan arvadının intiqamını alır

20069

“Joxovurd” qəzeti yazır ki, Nikol Paşinyan dünən parlamentdəki çıxışı ilə bir neçə gün əvvəl parlamentin müstəqil deputatları - Taqui Tovmasyan və Anna Qriqoryan əleyhinə başlayan kampaniyanın onun təlimatı ilə həyata keçirildiyini sübut edib.

Bizim.Media xəbər verir ki, informasiya “yerkramas.org” saytında yerləşdirilib.

Mənbə yazır ki, bir neçə gündür ki, müxtəlif veb saytlar və saxta səhifələr bütün qırmızı xətləri keçərək şəxsi və ailə həyatları da daxil olmaqla bu deputatlara qarşı həqiqi bir kampaniya aparırlar. 

“Nikol Paşinyan şikayət edib ki, onun arvadı kimlərinsə hədəfinə çevrilib. Bu səbəbdən o, qadın deputatların nüfuzdan salınması əmrini verib. Bəlkə də hakim komanda müstəqil deputatların daim artan reytinqindən narahat olub və müxtəlif dedi-qoduların köməyi ilə onları hörmətdən salmağa çalışır", deyə “Joxovurd” qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin