İranın Ermənistan vasitəsilə Qarabağa göndərdiyi "yardımlar"la bağlı AÇIQLAMASI - RƏSMİ

Hazırda oxunan: İranın Ermənistan vasitəsilə Qarabağa göndərdiyi "yardımlar"la bağlı AÇIQLAMASI - RƏSMİ

20053

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb. Bununla bağlı video “Azad İran” “Telegram” kanalında paylaşılıb.

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində benzin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır. Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı musavat.com İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətini rəhbəri Seyid Əli Musəvi ilə əlaqə saxlayıb.

Seyid Əli Musəvi bildirdi ki, bu gün Ramazan ayının 21-ci günüdür və İmam Əlinin şəhadət günüdür, ona görə də də Səfirlikdə iş günü deyil.

Lakin sözügedən məsələ ilə bağlı dünəndən Səfirlik araşdırma, dəqiqləşdirmə aparır:

“Yayılan həmin video və video ilə əlaqədar deyilənləri araşdırmaq, dəqiqləşdirmə aparmaq üçün Tehranla əlaqə saxlamışıq. Bildirimiş ki, araşdırıb bizə dəqiq rəsmi cavab verilsin. İnşallah sabah və ya birisi gün bizə cavab gələcək və biz də Azərbaycan ictimaiyyətinə bu məsələ ilə bağlı cavab verəcəyik. Tehrana Azərbaycanda bu video ilə bağlı narahatlıq yarandığını bilirik. Tehrana məlumat vermişəm, gözləyirəm bizə açıqlama versinlər. Biz də Sizə-mediaya həmin açıqlamanı çatdıraq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin