Pezeşkian prezident seçilsə, İranı nə GÖZLƏYİR? - Əhməd Həbibidən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Pezeşkian prezident seçilsə, İranı nə GÖZLƏYİR? - Əhməd Həbibidən ÖZƏL AÇIQLAMA

Pezeşkian prezident seçilsə, İranı nə GÖZLƏYİR? - Əhməd Həbibidən özəl açıqlama. İran İslam Respublikasında keçirilən prezident seçkiləri və Pezeşkianın seçilməsi halında Azərbaycanla münasibətlərin daha da yaxşılaşacağı gözlənilir.
200371

“Məsud Pezeşkian prezident seçiləcəyi təqdirdə, Azərbaycanla İran arasında münasibətlərin daha da yaxşılaşacağı gözlənilir. Pezeşkian islahatçı ve azərbaycanlı namizəd kimi tanınır, onun prezident seçilməsi İranın xarici siyasətində müəyyən dəyişikliklərə səbəb ola bilər”.

Bu fikirləri İran İslam Respublikasında keçirilən prezident seçkilərini Bizim.Media-ya şərh edərkən Cənubi Azərbaycanlı aktivist, politoloq Əhməd Həbibi deyib. 

“Münasibətlərin inkişafı tərəflərin qarşılıqlı anlaşmasından asılı olacaq”

Həbibi bildirib ki, İranla Azərbaycan arasındakı münasibətlərdəki gərginliklər geridə qalıb. Lakin Azərbaycan əsilli birinin İranda prezidentlik kürsüsündə oturması sözügedən münasibətləri daha da inkişaf etdirəcək. 

“Pezeşkianın prezidentliyi dövründə Azərbaycanla İran arasında iqtisadi əlaqələrin güclənməsi, mədəni və elmi əməkdaşlığın genişlənməsi, həmçinin regional məsələlərdə daha sıx əməkdaşlıq gözlənilir. Bununla belə, İranın Azərbaycana münasibətinin dəyişməsi təkcə prezident seçkilərindən asılı deyil. İranın daxili və xarici siyasəti, regional və beynəlxalq vəziyyət də iki ölkə arasında münasibətlərə təsir göstərən amillərdir. 

Ümumilikdə, Məsud Pezeşkianın prezident seçilməsi halında Azərbaycanla İran arasında münasibətlərin daha da inkişaf etməsi üçün əlverişli şərait yarana bilər. Lakin bu, hər iki tərəfin səylərindən və qarşılıqlı anlaşmasından asılı olacaq”.

Səid Cəlili qalib olarsa...

Politoloq əlavə edib ki, Pezeşkianın rəqibinin Azərbaycana qarşı münasibəti tam aydın deyil. Lakin qatı islamçı idarəetmə siyasəti sözügedən müsbət münasibətlərdə durğunluq yarada bilər.

“Cəlilinin xarici siyasət mövqeyi və Azərbaycana münasibəti hələ tam aydın deyil. Azərbaycan  və İran arasında münasibətlər hər zaman regional geosiyasi vəziyyətdən təsirlənib. Cənubi Qafqazda baş verən proseslər, xüsusilə də Ermənistanla Azərbaycan arasında münasibətlərin gərginləşməsi və ya yumşalması İran-Azərbaycan əlaqələrinə də təsir edə bilər. İqtisadi əməkdaşlıq İran və Azərbaycan arasında münasibətlərin vacib tərkib hissəsidir”, - deyə Ə.Həbibi əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin