Mirzoyan: "Azərbaycanla nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıyıq"

Hazırda oxunan: Mirzoyan: "Azərbaycanla nəqliyyat kommunikasiyalarının tam açılmasında maraqlıyıq"

200260

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması regionda dayanıqlı bərqərar olması və sülhün qorunması baxımından mühüm tarixi hadisə olacaq, regiona daha çox sabitlik gətirəcək.

Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcü həmkarı İlya Darçiaşvili ilə görüşdən sonra mətbuata açıqlamasında söyləyib.

Erməni nazir deyib: “Əgər biz bir ay ərzində intensiv işləsək bu prosesi başa çatdıra və Azərbaycan ilə sülh sazişini imzalaya bilərik”.

Onun sözlərinə görə, Ermənistan Azərbaycan ilə nəqliyyat kommunikasiyalarının tam açılmasının maraqlıdır.

“Bu, təkcə Ermənistan üçün deyil, regionun digər ölkələri üçün də iqtisadi cəhətdən sərfəlidir”, - deyə Mirzoyan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin