“Mənim addımım” bloku parlamentin fövqəladə iclasında rəsmi olaraq Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniatoday.news” saytı yayıb.
Namizədi təqdim edən “Mənim addımım” parlament fraksiyasının rəhbəri Lilit Makunts xatırladıb ki, Nikol Paşinyanın parlamentin bütün fraksiya rəhbərləri ilə əldə etdiyi razılığa görə, erkən parlament seçkilərinin iyunun 20-də keçirilməsi planlaşdırılır:
“Bunun həyata keçirilməsi üçün ölkə qanunvericiliyi yalnız bir variant təklif edir. Parlament iki dəfə hökumət başçısını seçməsə, buraxılmalıdır və bu səbəbdən “Mənim addımım” fraksiyası Nikol Paşinyanı baş nazir vəzifəsinə təklif edir”.
Bundan əvvəl Baş nazir Nikol Paşinyan respublikada erkən parlament seçkiləri keçirmək üçün istefa etdiyini açıqlayıb.
Paşinyandan sonra hökumət də texniki prosedurun bir hissəsi olaraq istefaya gedib.
Parlamentdəki müxalifət “Çiçəklənən Ermənistan” və “Maarişlənmiş Ermənistan” partiyalarının səlahiyyətliləri ilə əldə edilmiş razılığa uyğun olaraq onlar baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklər. Bu səbəbdən də "Çiçəklənən Ermənistan" fraksiyası bugünkü iclasda iştirak etməyib.
Xatırladaq ki, növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:06 / 03.05.2021
Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü - "Çiçəklənən Ermənistan" fraksiyası iclasa gəlmədi
Hazırda oxunan: Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü - "Çiçəklənən Ermənistan" fraksiyası iclasa gəlmədi
Hazırda oxunan: Paşinyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürüldü - "Çiçəklənən Ermənistan" fraksiyası iclasa gəlmədi
19902
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.