Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Ermənistan İstintaq Komitəsi erməni əsgərin ölümünün təfərrüatlarını açıqlayıb.
Qeyd edilib ki, 2024-cü il iyunun 24-də Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin Sisyan (Qarakilsə) şöbəsindən hərbçi David Vaanoviç Nersisyanın ölümü ilə bağlı siqnal daxil olub.
Sıra düzülüşündə D.Nersisyanın səhhəti qəfil pisləşib, huşunu itirib və təcili olaraq hərbi hospitala çatdırılıb.
Saat 10.00 radələrində əsgər bioloji ölüm keçirib. Meyitin xarici müayinəsi zamanı zorakılıq əlamətləri aşkar edilməyib. Bir sıra şəxslər dindirilib, tibb müəssisəsindən dünyasını dəyişən hərbçiyə aid sənədlər götürülüb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Region
14:40 / 25.06.2024
Ermənistan ordusunun əsgəri öldü
Hazırda oxunan: Ermənistan ordusunun əsgəri öldü
Hazırda oxunan: Ermənistan ordusunun əsgəri öldü
198960
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.