Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa “yardım”ların çatdırılmasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media xəbər verir ki, videonu “Azad İran” “Telegram” kanalında paylaşılıb.
Belə ki, yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib.
Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.
Həmçinin həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşındığı vurğulanır.
Bizim.Media