İran Ali Məhkəməsi məşhur etirazçı repçi Tumac Salehinin edam hökmünü ləğv edib.
Bizim.Media xəbər verir ki, bu barədə iranlı reperin vəkili Əmir Rəisian məlumat yayıb.
Onun sözlərinə görə, məhkəmə işin yenidən araşdırılmasına qərar verib. O, bildirib ki, Ali Məhkəmə hətta Tumac Salehinin öncəki 6 il 3 ay həbs cəzasının da cinayətlərin çoxluğu qaydalarına uyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, aprelin 24-də Tumac Salehiyə 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra ölkədə baş verən kütləvi etirazlara dəstək verdiyi üçün edam cəzası verilmişdi.
Salehi edamdan əlavə, iki il yaradıcılıq fəaliyyətinə qadağa, iki il küçəyə çıxma və davranışın idarə edilməsi dərslərində iştirak kimi cəzalara da məhkum edilib.
Bizim.Media
- A-
- A
- A+
Region
21:04 / 22.06.2024
İranlı məşhur reperin edam hökmü LƏĞV EDİLDİ
Hazırda oxunan: İranlı məşhur reperin edam hökmü LƏĞV EDİLDİ
Hazırda oxunan: İranlı məşhur reperin edam hökmü LƏĞV EDİLDİ
İran Mahkemesi, ünlü İranlı rapçi Tumac Salehi'nin edam hükmünü ləğv etti. Vəkili Əmir Rəisian, mahkemenin işin yenidən araşdırılmasına qərar verdiğini açıkladı. Salehi, 2022-ci ildə Məhsa Əmini'nin ölümündən sonra baş verən etirazlara dəstək verdiyi üçün edam cəzasına məruz qalmışdı.
198537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.