İran koronavirusa qarşı Çindən 1 milyon doza peyvənd alıb.
Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, İran Qızıl Aypara Cəmiyyəti bu gün COVID-19 peyvəndinin ən böyük partiyasını qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Çin və Pakistan İranla əməkdaşlığa başlayır - Azərbaycana xeyri olacaqmı?
İran Qızıl Aypara Cəmiyyətinin baş katibi qeyd edib ki, Çindən göndərilən 1 milyon doza peyvənddən ibarət yük bu gün səhər Tehran İmam Xomeyni Beynəlxalq Hava Limanına çatıb.
Qeyd edək ki, İran artıq ölkəsində “Sputnik V”, “Covaxin”, “AstraZeneca” və digərləri də daxil olmaqla bir sıra peyvəndlərin təcili tətbiqinə icazə verib.
Bizim.Media