Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamasında bildirib ki, delimitasiyanın növbəti mərhələsi Sünikdə (Zəngəzurda) həyata keçirilə bilər.
Bununla yanaşı, o, delimitasiyanın növbəti mərhələsinin başqa ərazidən başalaya biləcəyini də istisna etməyib.
“Hazırda qanun layihəsi üzərində işləyirik. Əvvəlcədən razılaşdırılmaqla, onun təsdiqindən sonra qərar veriləcək. Dünəndən Sünik (Zəngəzur) rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarla görüş keçirmişəm. Göründüyü kimi, sülh və real Ermənistanın gündəmi xalqımıza aydındır. Bu, çox vacibdir. Bu o deməkdir ki, biz nə etdiyimizi və nə üçün addım atdığımızı xalqımıza çatdıra bilmişik. Bu kontekstdə delimitasiya və digər mövzular operativ məsələlərə çevrilir. Hökumət atılan addımların nədən ibarət olduğunu və riskləri dərk edir. Biz bu məntiqi rəhbər tutaraq irəli getməliyik”, – deyə Paşinyan vurğulayıb.
Bu əsasda delimitasiyanın növbəti mərhələsi Zəngəzurda aparıla bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin növbəti mərhələsinin Zəngəzur istiqamətində aparılması əslində “Zəngəzur dəhlizi” ilə bağlı məsələnin öz həllini tapmasına təkan verə bilər:
“Həmin istiqamətdə sərhədlərin dəqiqləşdirilməsi növbəti mərhələ üçün, yəni yolların və kommunikasiya əlaqələrinin blokadadan çıxarılması üçün əsas ola bilər. Məsələ burasındadır ki, xüsusilə Zəngəzur istiqaməti Ermənistanın ən zəif yerlərindən biridir. Azərbaycan torpaqlarının qeyri-qanuni olaraq Ermənistana peşkəş edildiyi ərazilər içərisində Zəngəzur xüsusi olaraq seçilir.
Azərbaycan dəfələrlə ən yüksək səviyyədə, hətta beynəlxaq tribunalardan belə insanlarımızın kütləvi sürətdə köçə məruz qaldığı ərazilərə geri qayıdışının təmin olunması və onların mülkiyyət hüququnun tanınması ilə bağlı çağırışlar edib.
Bu çağırışlar isə Ermənistan ictimaiyyətində olduqca böyük təşviş doğurub və Paşinyana müxalif qüvvələr bu faktdan istifadə edərək hakimiyyət əleyhnə böyük kampaniya aparırlar. Paşinyan da bunu yaxşı başa düşdüyündən Zəngəzur dəhlizinin açılması ilə müxalifətin həmin ərazidə yaşayan erməniləri hakimiyyət üzərinə qaldırma ehtimalının kifayət qədər böyük olduğunu bilir. Ona görə də, etirazların pik vaxtında bu bölgəyə səfər edərək insanlarla görüşmək məcburiyyətində qalıb”.
Paşinyanın açıqlamasına diqqət çəkən ekspert qeyd edir ki, o Zəngəzur istiqamətində delimitasiya prossesinin həyata keçirilməsini yerli xalqın istəyi olaraq təqdim etməyə çalışır:
“O bildirib ki, bu istiqamətdə delimitasiya prosesinin həyata keçirilməsi gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq və yerli əhalinin rahat yaşayışını təmin etmək üçün mühüm rol oynaya bilər. Bütün bunlar onu göstərir ki, Paşinyan Zəngəzur dəhlizi ilə bağlı qəbul olunacaq qərar üçün əsas hazırlayır və bunu o şəkildə edir ki, müxalifət üçün əlavə arqumentlər verməsin”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Region
10:40 / 21.06.2024
Paşinyandan delimitasiya MESAJI – Nikol Zəngəzuru niyə gündəmə GƏTİRİR?
Hazırda oxunan: Paşinyandan delimitasiya MESAJI – Nikol Zəngəzuru niyə gündəmə GƏTİRİR?
Hazırda oxunan: Paşinyandan delimitasiya MESAJI – Nikol Zəngəzuru niyə gündəmə GƏTİRİR?
Paşinyandan delimitasiya MESAJI – Nikol Zəngəzuru niyə gündəmə GƏTİRİR? Ermənistanın baş naziri Nikol Paşinyan son açıqlamasında delimitasiya prosesinin Zəngəzur istiqamətində aparılara biləcəyi və bu prosesin mühümətini vurğulayıb. Həmin mövzuda politoloq Yusif Bağırzadə isə Zəngəzur dəhlizi ilə bağlı əsas məsələləri dəqiqləşdirir və Paşinyanın Zəngəzur istiqamətində delimitasiya prosesinin həyata keçirilməsinin öz həyatındakı mübarizəsi ilə əlaqələndirir.
198157
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.