İranda 5 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar İranın şimal-şərqindəki Xorasan vilayətinin Kaşmər şəhərində qeydə alınıb. Zəlzələnin dərinliyi 6 kilometr olub.
Hazırda olan məlumata görə, zəlzələ nəticəsində indiyədək 30 nəfər xəsarət alıb, dağıntılar altında qalanlar var.
Bizim.Media