Azərbaycan ordusu Dağlıq Qarabağdakı telekommunikasiya şəbəkəsinə nəzarəti ələ keçirib.
Bu barədə Razm.info hərbi-analitik portalının koordinatoru, hərbi ekspert Karen Vrtanesyan məlumat yayıb.
"Sputnik Ermənistan"ın verdiyi xəbərə görə, hərbi ekspert bildirib ki, oradakı danışıqların hamısına Azərbaycan tərəfinin qulaq asmaq və yerini müəyyənləşdirmək imkanı yaranıb.
Karen Vrtanesyan bunun ağır nəticələr verəcəyini deyib: “Müharibə başlayandan bəri mobil rabitə operatoru Qarabağ-Telekomun bir neçə stansiyası Azərbaycan ordusunun əlindədir".
"Azərbaycan Silahlı Qüvvələrində mövcud olan texniki vasitələr Dağlıq Qarabağdan gələn hər hansı bir zəngi dinləmək, vaxtını, yerini, nömrəsini müəyyənləşdirmək imkanı verir”.
Onun sözlərinə görə, telefon hər cihazın malik olduğu İMEİ nömrəsindən istifadə etməklə müəyyən edilə bilər.
"Düşmən çox sakitcə 10-30 metr dəqiqliklə telefonların yığılmasını qeyd edə bilər. Əgər bu hansısa meşə ərazisində və ya dərədə qeydə alınarsa, orada canlı qüvvənin olması deməkdir. Düşünürəm ki, hamı bunun nə demək olduğunu başa düşür. Bu səbəbdən bütün telefonlar söndürülməlidir " - deyə Vrtanesyan qeyd edib.
O, həmçinin bildirib ki, hərbçilər zəng etmək istəyirlərsə, izdihamlı yerdən ən azı 2-3 kilometr uzaqlaşmalıdırlar.
Bizim.Media
- A-
- A
- A+
Region
17:02 / 04.11.2020
Qarabağda ermənilərin telefon danışıqları dinlənilir
Hazırda oxunan: Qarabağda ermənilərin telefon danışıqları dinlənilir
Hazırda oxunan: Qarabağda ermənilərin telefon danışıqları dinlənilir
1978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.