Heç kim Tiqranaşen (Ermənilərin işğalında olan Naxçıvanın Kərki kəndi - red.) kəndinin sakinlərinə kəndi tərk etməyi təklif etməyib.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Ararat vilayət administrasiyası bildirib.
Qurum bu barədə mediada yayılan məlumatların dezinformasiya olduğunu qeyd edib.
Regional administrasiya sərhəddəki vəziyyətlə bağlı hər kəsi çaxnaşma yaymaqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl erməni nəşrlərindən biri yazıb ki, hakimiyyət Kərki kəndində yaşayan ermənilərə 12 milyon dram (25 min dollardan çox) ödəniş vəd edərək, oranı tərk etməyi təklif edib.
Qeyd edək ki, Kərki kəndi 1990-ci il yanvarın 19-da ermənilər tərəfindən işğal edilib. Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib.
Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni kənd salınıb. Məcburi köçkünlər Yeni Kərki kəndində məskunlaşıb.
1990–1993-cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşüb. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var.
Bizim.Media
- A-
- A
- A+
Region
15:31 / 17.06.2024
İşğalda olan Kərki kəndindən ermənilər köçürülür?
Hazırda oxunan: İşğalda olan Kərki kəndindən ermənilər köçürülür?
Hazırda oxunan: İşğalda olan Kərki kəndindən ermənilər köçürülür?
Kərki kəndindən ermənilər köçürülmür və təklif edilən ödəniş haqqında məlumatların dezinformasiya olduğu bildirilib.
197721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.