Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı

Hazırda oxunan: Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı

Ermənistanda etirazlarda iştirak edən 12 nəfərə cinayət işi açıldı. İstintaq Komitəsi məlumat yayıb və həbs olunan şəxslərdə kütləvi iğtişaşlar və xuliqanlıq hərəkətləri törədildiyi müəyyən edilib.
197686

İyunun 12-də keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən uğrunda Tavuş" hərəkatyının İrəvanın Vaqramyan prospektindəki mitinqində iştirak edən 12 nəfərə qarşı cinayət işi açılıb.

Bizim.Media “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın İstintaq Komitəsi yayıb.

Bildirilib ki, onlardan 8 nəfəri barəsində həbs, 4 nəfərlə bağlı isə ev həbsi ilə bağlı qətimkan tədbiri seçilib.

Bir nəfər isə paytaxt ərazisini tərk etməmək şərti ilə sərbəst buraxılıb. Əməliyyat-istintaq tədbirləri zamanı bu şəxslərin həmin kütləvi aksiya zamanı kütləvi iğtişaşların və xuliqanlıq hərəkətlərinin törədildiyi müəyyən olunub.
Məlumatda həmçinin adı açıqlanmayan bir nəfərin axtarışa verildiyi də qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin