İrəvanda gərginlik PİK HƏDDƏ – 2008-ci il hadisələri təkrarlanacaq, yoxsa...

Hazırda oxunan: İrəvanda gərginlik PİK HƏDDƏ – 2008-ci il hadisələri təkrarlanacaq, yoxsa...

İrəvanda gərginlik PİK HƏDDƏ – Ermənistanda 2008-ci il hadisələri TƏKRARLANACAQ? Ermənistanda gərginlik yenidən pik həddə çatıb. Bu ölkədə müxalifətinin Paşinyan əleyhinə aksiyası davam edir. Dünənki aksiya zamanı polis Ermənistan parlamenti yaxınlığında etiraz aksiyası keçirən 98 nəfəri saxlayıb. Bu gün səhər tezdən isə “Vətən naminə” hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə hökumət binasına doğru irəliləməyə başlayıb.

197116

Ermənistanda gərginlik yenidən pik həddə çatıb. Bu ölkədə müxalifətinin Paşinyan əleyhinə aksiyası davam edir. Dünənki aksiya zamanı polis Ermənistan parlamenti yaxınlığında etiraz aksiyası keçirən 98 nəfəri saxlayıb. Bu gün səhər tezdən isə “Vətən naminə” hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları ilə birlikdə hökumət binasına doğru irəliləməyə başlayıb.

Yaranmış durumda tərəflərdən hər hansı birinin silaha əl atacağı da istisna deyil. Ermənistanda narazılıqların adətən silahla həll edilməsi hadisəsinin geniş yayıldığını nəzərə alsaq, yenidən 2008-ci ilin mart hadisələrinin təkrarlanması ehtimalı böyükdür. 

Qeyd edək ki, 2008-ci il martın 1-2-də Ermənistanda keçirilən Prezident seçkilərinin nəticələrinə etiraz edən etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında iğtişaşlar və toqquşmalar baş verir. Nəticədə bir neçəsi polis olmaqla 10 nəfər ölür, 200-dən çox insan isə yaralanır.

2008-ci ilin anoloji hadisələri yenidən təkrarlana bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, seçkilər olmadan Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi inandırıcı deyil:

“Ermənistanda kim kimi məsələsi həll olunur. Paşinyan açıq-aşkar antirusiya mövqeyi tutur. Rusiya da resurslarını işə salıb Ermənistanda vəziyyəti müəyyən dərəcədə öz xeyrinə dəyişmək istəyir. Bu da Rusiyanın maraqlarına aid olan məsələdir. Yaranmış vəziyyətdə kimin qalib gələcəyi gedişatdan bilinəcək. Paşinyan Ermənistanda yeni nəsil düşüncəsini daşıyan insanları təmsil edir. Bu nəsil isə müharibədən uzaq, normal inkişaf yolu keçmiş Ermənistan arzulayır.

Belə bir şəraitdə, revanşist qüvvələrin hansısa bir şəkildə uğur qazanması Ermənistanı daha böyük fəlakətlərə sürükləyəcək. Bunu orada da başa düşürlər. O baxımdan fikrimcə, məsələnin bir qədər daha fərqli tərəfləri barədə düşünməliyik. Çünki bu ölkəmiz üçün də uyğun deyil.

Azərbaycana da sülhə meylli Ermənistan lazımdır. Mövcud durumda hansısa qaragüruhçu keşişin rəhbərliyi altında birləşən qüvvələr hər halda Ermənistanın özü üçün yaxşı heç nə vəd etmirlər. Amma ölkədə daxili çəkişmələr davam edəcək. Gedişatdan asılı olaraq məsələnin həlli istiqamətində addımlar atılacaq”.

Deputat deyir ki, hakimiyyət bu cür riskli addımlara gedirsə, deməli öz resurslarına güvənir:

“Bütün bunlar gedişatda daha aydın görünəcək. Hər halda Paşinyan müxalifətin dirənişini qıracaq. Paşinyan indiyə qədər bundan daha təhlükəli vəziyyətə düşüb. Müharibədə məğlubiyyətə rəğmən o, həmin vəziyyətdən də çıxdı. Yəqin ki, indi də Paşinyan prosesdən uğurla çıxacaq. Hər halda seçkilər olmadan hakimiyyətin dəyişməsi məsələsi o qədər də inandırıcı görünmür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin