Paşinyanın parlamentə gəlişinə görə təhlükəsizlik xidmətinin əməkdaşları əl-ayağa düşüb - ANBAAN VİDEO

Hazırda oxunan: Paşinyanın parlamentə gəlişinə görə təhlükəsizlik xidmətinin əməkdaşları əl-ayağa düşüb - ANBAAN VİDEO

196895

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentində bu gün hökumətlə sual-cavab sessiyası keçiriləcək. Baş nazir Nikol Paşinyan da sessiyada iştirak edəcək. Bununla bağlı hazırda iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülür, hətta masalardan su butulkaları da yığılıb.

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri "news.am" saytı yayıb.

Nikol Paşinyanın təhlükəsizlik işçiləri iclas başlamazdan əvvəl stulları yoxlayırlar, hətta jurnalistlərin də onlara ayrılmış lojada əyləşməsinə icazə verilmir.

Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan bu gün vacib işlərinin olduğunu bildirib və vətəndaşlardan saat 15:00-da Baqramyan prospektində - parlamentin binası ilə üzbəüz olmasını xahiş edib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin