Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü

Hazırda oxunan: Rusiya və Ermənistanın Baş Qərargah rəisləri Moskvada görüşdü

19675

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan Moskvada görüşüblər.

Bizim.Media “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, danışıqlar nümayəndə heyətləri səviyyəsində keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanın Baş Qərargah rəisi vəzifəsinə müvəqqəti təyinat oldu


​​​​​​​Görüşdə hərbi sahədə Rusiya-Ermənistan əməkdaşlığına dair bir sıra məsələlər müzakirə edilib.

Bu, Rusiya və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin aprel ayı ərzində ikinci görüşüdür. Buna qədər onlar aprelin 14-də Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi komitəsinin iclası çərçivəsində görüşüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin