"Ermənistan nümayəndə heyəti Buçaya səfər etdikdən sonra Rusiya Xarici İşlər Nazirliyi (XİN) erməni həmkarlarına etiraz notası göndərib".
Bizim.Media “news.ru” saytına istinadən xəbər verir ki, bunu Rusiya XİN nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatlar və Kiyevə humanitar yardımın göstərilməsini dostluğa zidd addım kimi qiymətləndirir.
"Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının rəhbəri Vladimir Karapetyanın Buça şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Biz onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan XİN-ə etiraz notası göndərdik", - deyə Zaxarova bildirib.
O xatırladıb ki, Ter-Marqaryan qərbyönlü Respublika Partiyasının sədri Aram Sarkisyanın müttəfiqidir, ona görə də onun reaksiyası tamamilə başa düşüləndir.
Zaxarova həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlara həmrəylik bildirməsini təəssüf doğurucu adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Region
16:29 / 09.06.2024
Rusiya Ermənistana etiraz notası göndərdi
Hazırda oxunan: Rusiya Ermənistana etiraz notası göndərdi
Hazırda oxunan: Rusiya Ermənistana etiraz notası göndərdi
Rusiya, Ermənistana Buça şəhərinə səfər edən erməni nümayəndələrinin Ukrayna və Rusiya ilə bağlı verdiyi bəyanatlar və humanitar yardım məsələsində etiraz notası göndərmişdir. Ermənistanın dostluğa zidd addım atması Rusiya tərəfindən sərt şəkildə qarşılanmışdır.
196461
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.