““Qarabağ kartı”ndan fəal şəkildə istifadə etməyə çalışan müxalifət hərəkatının perspektivi yoxdur. Onların tarixi geri qaytara bilməyəcəyi göz qabağındadır. Üstəlik, bu vaxtadək erməni müxalifətinin təşəbbüsləri heç bir ciddi təşkilatlanma, ciddi maliyyə və informasiya dəstəyi olmadan, əsasən, kortəbii çıxışlar olub və bu gün də bu belədir. Əslində, bu, bir növ “küçə fonu”dur. Guya müxalifət var. bütövlükdə isə ciddi bir şey yoxdur və olmayacaq da”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “Moskva-Baku.ru” saytına müsahibəsində deyib.
O bildirib ki, indiki müxalifətin etirazları iki səbəbə görə hökumətin devrilməsinə gətirib çıxarmayacaq:
“Bunun birinci səbəbi qanuni yolla, Nazirlər Kabinetinin istefası, parlament vasitəsilə həyata keçirilməlidir. Amma baxanda görürük ki, parlamentdə müxalifət çoxluğu yoxdur. Üstəlik, baş nazir parlament üzərində tam nəzarətə malikdir.
İkinci səbəbsə hakimiyyətin devrilməsi yoludur. Necə ki, Kiyevdə olmuşdu. Bunun üçünsə Qərbin kəşfiyyat xidmətləri tərəfindən dövlət çevrilişi təşkil edilməli, pul qoyulmalı, dünyanın hər yerindən təxribatçı qruplar Ermənistana gəlməlidir. Ən azından Soros və USAID-in pulu lazımdır. Amma bunu Qərb zamanında elədi və Paşinyanı hakimiyyətə gətirdi.
Bir sözlə hazırda Ermənistanda müxalifət vəziyyətində güclü şəkildə maliyyələşdirəcək, rəhbərlik edəcək, yönləndirəcək bir mərkəz yoxdur. Ona görə də küçədə heç nəyə nail olunmayacaq. Real dəyişiklik baş verməyəcək. Təşəbbüslər davam edəcək, lakin getdikcə sönəcək. Əgər bunlar parlament seçkiləri ərəfəsində baş tutsaydı, onda bu bir nəticə verə bilərdi. Ermənistanda yaxın vaxtlarda seçki olmayacaq.
Ona görə də indiki mitinqlərin faydalılıq əmsalı “0”-dır.
Qarabağı və digər əraziləri Ermənistana qaytarmaq heç bir halda mümkün deyil. Rusiyaya da bu lazım deyil. Bu heç kimə lazım deyil. Hamı başa düşür ki, bu bağlanmış səhifədir. Bizsə irəliyə baxmalıyıq. Rusiyaya regionda sabitlik lazımdır. Rusiyaya Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi, yeni iqtisadi əlaqələr, Türkiyəyə, Aralıq dənizinə çıxış lazımdır. Moskvanın regionda qeyri-sabitliyə qəti ehtiyacı yoxdur”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
11:28 / 08.06.2024
“Ermənistan müxalifəti iki səbəbə görə uğursuzluğa məhkumdur” – Dimitri Solonnikovdan AÇIQLAMA
Hazırda oxunan: “Ermənistan müxalifəti iki səbəbə görə uğursuzluğa məhkumdur” – Dimitri Solonnikovdan AÇIQLAMA
Hazırda oxunan: “Ermənistan müxalifəti iki səbəbə görə uğursuzluğa məhkumdur” – Dimitri Solonnikovdan AÇIQLAMA
Ermənistan müxalifəti hakimiyyətin devrilməsinə yola biləcək imkanlara malik deyil. Dmitri Solonnikov, müxalifətin güclü mərkəzinin və maliyyə dəstəyinin olmadığını və bu sebəbdən hər hansı bir real dəyişiklik gözlənməməsini vurğulayır.
196287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.