“Azərbaycan bütün regional proseslərdən qazanc əldə edir” – Rusiyalı politoloq

Hazırda oxunan: “Azərbaycan bütün regional proseslərdən qazanc əldə edir” – Rusiyalı politoloq

Rusiya politoloqu Aleksey Naumov, yerli KİV-ə verdiyi müsahibədə Azərbaycanın regional proseslərdən qazanc əldə etdiyini və Avropa İttifaqı bazarında öz əhəmiyyətini artırdığını vurğulayıb. Naumov, Rusiyanın Xankəndində Baş Konsulluq açmaq istəməsinin diplomatik balans məsələsi olduğunu deyib.

196280

“Təbii ki, Azərbaycanda Gürcüstandan və Ermənistandan tam fərqli olaraq sabit daxili siyasi sistem var. Bundan əlavə Azərbaycanın möhkəm iqtisadi bazası var. Ona görə də, Azərbaycanın regionda gedən siyasi proseslərdən ancaq qazanc əldə etdiyini görürük”.

Bizim.Media xəbər verir ki, bu fikirləri yerli KİV-ə müsahibəsində Rusiya Beynəlxalq Münasibətlər Şurasının eksperti Aleksey Naumov deyib. O bildirib ki, Azərbaycan öz qazını Avropa İttifaqı bazarına çıxarır:

“Bununla da Aİ-ni asılılıq vəziyyətinə salır. Hətta bu faktora görə Rusiya da Azərbaycana yaxınlaşır. Rusiya çalışır ki, Azərbaycan üzərindən Avropa bazarına çıxsın. Beləcə Azərbaycan Avropa bazarında öz əhəmiyyətini durmadan artırır”.

Aleksey Naumov Rusiyanın Xankəndində Baş Konsulluq açmaq istəməsindən də danışıb:

“Xankəndidəki Baş Konsulluğun açılması Rusiya tərəfindən diplomatik balansı qorumaq istəyidir. Rusiyanın Azərbaycanda baş konsulluğu yoxdur. Aydındır ki, bu, daha çox siyasi məsələdir. Rusiya Azərbaycanın Xankəndi şəhərində baş konsulluq açır və bununla da Qarabağ məsələsinə bir dəfəlik son qoyur.

Düşünürəm ki, bu baxımdan Qərb dövlətlərinin xeyli hissəsi oxşar addımlardan qaçacaq. Prinsipcə Azərbaycan üçün Xankəndinin Azərbaycanın digər şəhərləri ilə heç bir fərqinin olmadığını göstərmək vacibdir. Baş konsulluq Xankəndidə də açıla bilər, Gəncədə də. Hesab edirəm ki, Rusiyanın Qarabağ məsələsinə son qoyması çox vacibdir. Bu konsulluğu açmaqla Rusiya “Qarabağ Azərbaycandır” deyir”

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin