İslam kitablarının naşiri Aslambek Ejayev Moskvada həbs olundu - ŞOK DETALLAR

Hazırda oxunan: İslam kitablarının naşiri Aslambek Ejayev Moskvada həbs olundu - ŞOK DETALLAR

19595

İslam kitab nəşrinin qabaqcıllarından olan Ümmət Nəşriyyatının rəhbəri 28 aprel tarixində nəzarətə alınıb və 29 apreldə məhkəmə onu iki ay həbs edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “trtrussian.com” saytına onun vəkili bildirib. 

Aslambek Ejayev terrorizmi maliyyələşdirməkdə günahlandırılıb.

Vəkil əlavə edib ki, istintaq 2012-ci ildən bəri Ejayevin terror fəaliyyətinin maliyyələşdirilməsini təşkil etmək üçün bir kassa təşkil etdiyini və naməlum şəxslər vasitəsi ilə Sberbank Online üzərindən 34 milyon rubl köçürdüyünü iddia edir.

Ejayev 28 aprel səhəri Moskvada ailəsi ilə birlikdə yaşadığı mənzildə tutulub. O, islam kitab nəşrinin öncüllərindən biri sayılır. 

2002-ci ildə ilk müsəlman nəşriyyatı olan "Ümmət"i yaradıb. 

Son illərdə Rusiyada müsəlman fəalları, xeyriyyəçilər, ictimai və din xadimləri sistematik şəkildə təqib edilir. Məsələn, jurnalist Abdulmumin Hacıyev, xeyriyyəçi Kamal Tambiyev və iqtisadçı Georgi Quyev haqda terrorizmin maliyyələşdirilməsinə dair məqalələr dərc edilib. Bu isə onların barəsində uydurma cinayət işlərinin açılmasına şərait yaradır.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin