Köhnə dostlar düşmənə ÇEVRİLİR – “Döyüş yoldaş”ları Baqratı yarı yolda QOYDULAR...

Hazırda oxunan: Köhnə dostlar düşmənə ÇEVRİLİR – “Döyüş yoldaş”ları Baqratı yarı yolda QOYDULAR...

Erməni keşiş Baqrat Qalstanyan İrəvandan ayrılaraq mövcud uğursuzluğuna sığınır. Paşinyanla yaşadığı münaqişə və revanşistlərin rəyasındakı asılıq bir xəbər portreti.

195838

Erməni keşiş Baqrat Qalstanyan İrəvandan və buradakı revanşistlərdən əli üzülüb əyalətə qayıdır. O dünən növbəti mitinqin Zodda olacağını bəyan edib. O bildirib ki, bu gün saat 18:00-da Zodda toplaşacaqlar:

“Biz Zodu seçdik, çünki sərhəd oradan birbaşa görünür”.

Təxribatçı keşiş yaxın gələcəkdə Sünikə (Zəngəzur) də səfər etməyi planlaşdırdığını bildirib. Lakin o, dəqiq tarix açıqlamayıb. 

Bu da o deməkdir ki, Baqrat Qalstanyan meydanda təklənir. Ona görə də məğlubiyyətini sığortalamaq və İrəvandakı uğursuzluğuna don geyindirmək üçün paytaxtdan çəkilir. Yəqin ki, bu gediş  birdəfəlik olacaq. Çünki onu İrəvanda yaxşı heç nə gözləmir. Ola bilsin ki, erməni keşişin İrəvana növbəti qayıdışı həbsi ilə nəticələnsin.

Bəs, Baqrat Qalstanyan niyə uğursuzluğa düçar oldu?

Bunun bir sıra səbəbləri var. Ən əsası odur ki, o siyasi cəhətdən yetkin deyildi. heç zaman siyasi proseslərdə iştirak etməmişdi. Ancaq populist çıxışları ilə özünə müəyyən auditoriya qazanmışdı. 

Yada salaq ki, 44 günlük müharibədən sonra anti-Azərbaycan çağırışları edən radikallardan biri də Baqrat Qalstanyan idi. O hələ 2022-ci ildə sayıqlayırdı ki, Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq:

“İnanıram ki, erməni üçrəngli bayrağı yenidən Kəlbəcər yamaclarında, Araz vadilərində, Şuşa və Hadrut yüksəkliklərində dalğalanacaq. Mən Ermənistan ordusunun şərəf və şöhrətinə inanıram”.

Erməni keşişin bu sözləri nə qədər gurultulu olsa da, bunun real olacağına yəqin ki, o özü də inanmırdı. Amma siyasi ambisiya onu bu cür danışmağa vadar edirdi. Bu bəlkə də siyasi ambisiya deyildi, bir öhdəliyin görünən simptomları idi. 

Kanada Erməni Kilsəsinin Yeparxiyasının primatiliyindən birdən-birə Tavuşa arxiyeskop kimi göndərilən Baqrat Qalstanyan bəzi daxili və xarici qüvvələrin ehtiyat variant idi. 

Nəzərə alaq ki, apostal kilsəsinin erməni cəmiyyətinə təsiri böyükdür. 

Ermənistanın “baş keşişi” II Qareginin revanşistlərlə və xarici kəşfiyyat orqanları ilə sıx əlaqəsi var. Bununla belə Paşinyan hakimiyyətə gəldiyi gündən yerini göstərdiyi ilk şəxs II Qaragen olmuşdu. Ona görə də ötən 6 ildə erməni katelikosun Paşinyanla heç zaman “ulduzu barışmadı”. Sonda isə Tavuşda başlayan delimitasiya –demarkasiya proseslərindən sonra yaranan narazılıqdan istifadə edən II Qargin Baqrat Qalstanyan kartını ortaya atdı. 

Hər kəs ilk gündən bilirdi ki, erməni keşişi II Qaregin və revanşistlər idarə edir. Təsadüfi deyil ki, Baqrat Qalstanyan hələ Tavuşda olarkən bəzi qüvvələr onu növbəti baş nazir kimi gördüklərini bəyan etdilər. Bu cür təriflərdən xoşhal olan erməni keşiş ağalarının göstərişiylə İrəvana üz tutdu. 

İrəvanda isə onu xalq yox, revanşistlər qarşılaşdı. Sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan hər biri ayrı-ayrılıqda erməni keşişlə görüşdü. Ona Paşinyanla mübarizədə hər cür yardım vəd etdilər. 

Təbii ki, II Qaregin də boş dayanmadı. 

O, Baqrat Qalstanyanın siyasi olimpə doğru yolunu açmaq üçün onu Tavuş arxiyepiskopluğundan azad etdi. Deyilən təriflərdən, verilən qonorarlardan ağlını itirən erməni keşiş o qədər həyəcanlandı ki, hətta danışıq tərzini dəyişdi. Çıxış etdiyi mitinqlərdə  o Paşinyanı ən ağır şəkildə təhqir edirdi.

Bu azmış kimi mayın 9-da Baqrat Paşinyana istefaya getmək üçün 1 saat vaxt verdi. Təbii ki, Ermənistan rəhbəri Qalstanyanın nə istefa, nə də ki, görüş təkliflərini müsbət cavab vermədi. Əksinə hakimiyyət onu və II Qaregini maliyyə fırıldaqçılığında ittiham etdi. 

Bir sözlə son 2 aya yaxın vaxtda Paşinyan Qalstanyanın heç bir fikrini ciddiyə almadı. Yalnız bir məqamdan başqa. Yada salaq ki, mitinqlərin birində erməni keşiş Paşinyanı dövlət əmlakını mənimsəməkdə ittiham etdi:
 

“Bir zamanlar bir velosipedin vardı. Hanı o velosiped?”

Bu fikirlərin səslədiyi günün ertəsin gün Paşinyan öz sevimli velosipedi ilə İrəvan küçələrində poz verdi. Vəssalam!

Bundan başqa, Paşinyan erməni keşişin heç bir bəyanatına reaksiya vermədi. Paşinyanın arxayınçılığınınsa bir sıra səbəbləri var. Ən əsası da o idi ki, istənilən ölkədə rəngli inqilabı Qərb həyata keçirir. Paşinyan da məhz bu yolla hakimiyyətə gəlmişdi. Ona görə də Baqrat Qalstanyanın belə bir şansı yox idi. Onu bəzi xarici qüvvələr və yerli revanşistlər dəstəkləyirdi. Onların da Ermənistandakı siyasi proseslərə səmt vermək imkanları çoxdan tükənib. 

Məhz bunu dərk etdikləri üçün sabiq prezidentlər erməni keşişi meydanda tək qoydular. Hətta onunla yaxından-uzaqdan əlaqələrinin olmadığını dilə gətirdilər. Bundan rəncidə olan erməni keşiş də son iki gündə daha çox Paşinyanın yox, onu meydanda tək qoyan Levon Ter-Petrosyanın, Robert Köçəryanın və Sej Sarkisyanın ifşası ilə məşğuldur.

Beləliklə, Paşinyana qarşı Baqrat Qalstanyanla bir cəbhədə birləşən revanşistlər arasında ciddi ziddiyyətlər yaranıb. Bu da daha çox Paşinyanın işinə yarayır. Bu gedişlə Ermənistanın siyasi həyatında daha bir səhifə qapadılmağa hazırlanır. Bu qapanma kimlərin sonunu gətirəcək?
İndiki halda bu suala cavab vermək bir qədər çətindir. Amma görünən odur ki, Baqrat Qalstanyan İrəvandan qaçmağa qərar verib. 

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin