Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə mindi

Hazırda oxunan: Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə mindi

Gürcüstanda Şalva Papuaşvili tərəfindən imzalanan mübahisəli qanun layihəsi qüvvəyə mindi. Qanun, xarici təsirin şəffaflığı haqqında tədbirləri nəzərdə tutur.
195422

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Xarici təsirin şəffaflığı haqqında” qanunu imzalayıb.

Bizim.Media xəbər verir ki, məlumatı Gürcüstan parlamenti yayıb.

Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.

Xatırladaq ki, Gürcüstan parlamenti mayın 14-də “xarici agentlər” qanunu kimi də tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Lakin Prezident Salome Zurabişvili mayın 19-da qanuna veto qoyub. 
Parlament mayın 28-də Prezidentin vetosunu aradan qaldırıb. Parlament qanunu imzalanması üçün Prezident administrasiyasına göndərsə də, Prezident Zurabişvili onu imzalamaqdan imtina edib. Bu səbəbdən qanun layihəsini parlament sədri Şalva Papuaşvili imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin