"Bu planlı bir məğlubiyyət idi, gərək uduzmayaydıq” - Köçəryan 

Hazırda oxunan: "Bu planlı bir məğlubiyyət idi, gərək uduzmayaydıq” - Köçəryan 

19536

“Ermənistan Qarabağdakı müharibəni uduzmamalı idi”.

Bizim.Media xəbər verir ki, bu açıqlamanı Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bazar ertəsi silahdaşları ilə görüşdə verib.

"Məndə belə təsəvvür yaranıb ki, bu, planlı bir məğlubiyyət idi. Bu müharibədə belə uduzmamalıydıq, heç itirməməli idik. Baş verən hər şeydən məyus oldum. Mənim heç bir suala cavabım yoxdur. Düşünürəm ki, biz o suallara 21 iyundan sonra cavab alacağıq”, deyə o, qeyd edib. 

Ermənistanın ikinci prezidentinə görə, müharibə zamanı dövlət tam nəzarəti ələ keçirməyib.

"Heç bir ordu bir həftədən çox döyüşə bilməz. 5-7 gündən sonra səfərbərlik aparmaq lazım idi. Ən böyük problem ordunun yalnız ilk böyük zərbəni öz üzərinə götürməsi deyildi, sonrakı zərbələri də qəbul etdi”. Köçəryan belə deyib.

Sabiq prezident vurğulayıb ki, bir həftəlik döyüşlərdən sonra ordu Qarabağın cənubunda və şimalında geri çəkilməyə başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin