Otuz iki il ərzində ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq əlaqələri qurulub və bu tərəfdaşlıq dostluğa, ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanır.
Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin təşkilatçılığı ilə Vaşinqtonda 28 May - Müstəqillik Gününə və 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş qəbulda çıxışı zamanı deyib.
O bildirib ki, bu illər ərzində Azərbaycanla ABŞ terrorla, zorakı ekstremizmlə mübarizə sahəsində birlikdə hərəkət edib, Azərbaycan qazının və neftinin Qərb bazarına çıxarılması istiqamətində birlikdə çalışıb.
Dövlət Departamenti rəsmisinin sözlərinə görə, Dövlət katibi Antoni Blinken bu əlaqələri qurmaq və inkişaf etdirmək, həmçinin Ermənistanla Azərbaycan arasında ədalətli və davamlı sülhə nail olmaq səylərinə şəxsən xüsusi diqqət yetirir: “Bu günlərə bu istiqamətdə müsbət irəliləyişlər baş verir. Düşünürəm ki, tezliklə bu proses daha da irəliləyəcək. ABŞ bu istiqamətdə hər zaman dəstək göstərməyə hazırdır”.
O, Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Region
11:40 / 30.05.2024
Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak
Hazırda oxunan: Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak
Hazırda oxunan: Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhə diqqət yetirir - Coşua Hak
Blinken Ermənistanla Azərbaycan arasında sülhə səylərinə xüsusi diqqət yetirir. Coşua Hak 32 il ərzində ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq əlaqələri qurulub və sülh prosesinin daha da irəliləyəcəyinə inanır.
194829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.