Ermənistan parlamentində deputatlar arasında DAVA DÜŞDÜ

Hazırda oxunan: Ermənistan parlamentində deputatlar arasında DAVA DÜŞDÜ

194712

Ermənistan parlamentinin daimi komissiyalarının birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı müxalifətlə iqtidaryönlü deputatlar arasında dava düşüb.

Bizim.Media erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Vəziyyət parlamentdə “Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Manukyanın sualı ilə gərginləşib. Manukyan daxili işlər naziri Vahe Kazaryanın parlamentə gəlməməsinin və komissiyaların iclasında iştirak etməməsinin səbəbini soruşub.

“Gündəliyə daxili işlər naziri Vahe Kazaryan da daxildir. O, haradadır? Yoxsa qorxur?”, – deyə erməni deputat soruşub.

Onun bu sözlərinə iclasa sədrlik edən parlamentin Müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri, hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat Andranik Köçəryan müdaxilə edib.

Daha sonra müxalif “Ermənistan” blokunun digər deputatı Aqvan Vardanyan söhbətə daxil olub. O, xüsusilə Köçəryanı təmkinli olmağa çağırıb. 

“O barmağını endir”,- deyə erməni deputat Andranik Köçəryana səslənib.

Vardanyanın bu sözləri Köçəryanı daha da özündən çıxarıb. O, müxalif həmkarını görüşü pozmaq cəhdində ittiham edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin