Baqratın çağırışına cəmi 300-ə yaxın adam QATILDI - İrəvanda vəziyyət necədir? - VİDEO

Hazırda oxunan: Baqratın çağırışına cəmi 300-ə yaxın adam QATILDI - İrəvanda vəziyyət necədir? - VİDEO

Baqratın çağırışına cəmi 300-ə yaxın adam QATILDI - İrəvanda vəziyyət necədir? - VİDEO. Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

194635

 Ermənistanın daxili işlər naziri Vahe Kazaryan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən uğrunda Tavuş” hərəkatının iştirakçılarının qarşısına çıxmayıb.

Bizim.Media “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan məlumat verib.

“Hazırda sizinlə görüş təşkil edə bilmərik. Danışa bilərik və uyğun olarsa, sizə xəbər verəcəyik”, - o qeyd edib.

Xatırladaq ki, revanşistlərin qarşısına Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik idarəsinin rəisi Vaqinak Martirosyan çıxıb. O, intizam pozuntusuna yol verənlərin hamısının cəzalandırılacağına bildirib.

Əldə edilən məlumata görə, bu gün səhər keşiş Baqrat toplaşanları baş nazir Nikol Paşinyanın da gəlməli olduğu Ermənistan parlamentinin binasına yönəltməyi planlaşdırıb. Kifayət qədər insan toplaşsaydı, o, parlamentdə daha bir şou göstərməyə çalışacaqdı. İddialara görə baş nazirin girişinə mane olacaqdı.

Lakin Baqratın çağırışına cəmi 300-ə yaxın adam toplaşdığı üçün o, bu fikrindən əl çəkməli olub. Buna görə də Baqrat Daxili İşlər Nazirliyinin binasına, guya nazirlə görüşmək fikrinə düşüb.

Yeri gəlmişkən, DİN-in mətbuat katibi Narek Sarkisyan bildirib ki, daxili işlər naziri Vahe Qazaryan Baqrat Srbazan ilə görüşə razılıq verib.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin