Rusiyanın “Birinci” kanalı Ermənistanda yayımını DAYANDIRDI

Hazırda oxunan: Rusiyanın “Birinci” kanalı Ermənistanda yayımını DAYANDIRDI

Rusiyanın “Birinci” kanalı Ermənistanda yayımını DAYANDIRDI. Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb ki, kanalın erməni multipleksində yayımı dayandırılıb.

194587

Rusiyanın “Birinci” kanalı (“Pervıy kanal”) Ermənistanda yayımını dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kanalın erməni multipleksində yayımı müvəqqəti olaraq dayandırılıb. 

Qeyd edək ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələyib.

Paşinyanın fikrincə, ölkənin daxili siyasətinə hörmətsiz münasibət kanalların fəaliyyətinin dayandırılmasına gətirib çıxaracaq. O qeyd edib ki, Rusiya kanalları artıq bununla bağlı “çoxsaylı xəbərdarlıqlar” alıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin